Ukraynanın aparıcı KİV-ləri Prezident Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb.
Mediainfo.az xəbər verir ki, Ukraynanın ТСН, "1+1", "2+2", "İctimai TV" və digər telekanalları Prezident V.Zelenskinin Bakıya rəsmi səfəri ilə bağlı reportajlar yayımlayıblar.
Bundan başqa, Ukraynanın "UKRİNFORM," "UNİAN", "RBC", "112.ua", "lb.ua", "24tv.ua" agentlik və saytlarında qeyd olunur ki, Prezident Vladimir Zelenskinin Bakıya səfəri zamanı mühüm məsələlər müzakirə olunub. Prezidentlərin təkbətək görüşü, geniş tərkibdə aparılan müzakirələr reportajlarda geniş yer alıb. Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edən fikirləri Ukrayna KİV-lərində xüsusi vurğulanıb. Həmçinin bildirilir ki, Azərbaycan-Ukrayna biznes forumunda prezidentlər bir sıra mühüm məsələlərə, o cümlədən iqtisadi və ticari əlaqələrin, turizmin inkişafına dair çıxışlar ediblər. Məqalələrdə prezidentlərin görüşü, sənədlərin imzalanması, mətbuata bəyanatlar, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşü barədə də ətraflı məlumat verilib.
Yazılarda V.Zelenskinin Azərbaycanda isti qarşılanması vurğulanır, bu səfərin iki ölkənin münasibətlərində yeni səhifə açacağı qeyd olunub.
Bundan başqa Ukrayna Prezidenti V.Zelenski "Instagram" səhifəsində Bakının tanınan məkanlarından foto paylaşımlar edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































