Bu gün Fransada ictimai nəqliyyatda əhəmiyyətli fasilələrə səbəb olacaq genişmiqyaslı milli tətil başlayacaq və məhdudiyyətsiz olacaq. Mediainfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, fərqli kateqoriyalı fransızlar hökumətin elan etdiyi pensiya islahatlarına etiraz etməyə hazırlaşırlar.
Paris ictimai nəqliyyat şirkətinin verdiyi məlumata görə, tətil səbəbindən Paris metrosunun on bir xəttində qatarlar tamamilə dayanacaq. Yalnız iki xətt normal rejimdə fəaliyyət göstərəcək.
Parisdə işləyən qatarlarının işində ciddi fasilələrin olacağı, paytaxtda işləyən avtobus və tramvayların yalnız 30 faizinin fəaliyyət göstərəcəyi qeyd olunur. Bununla yanaşı şəhər qatarlarının, 233 isə daxili uçuşların ləğv olunduğu açıqlanıb. Alternativ nəqliyyat vasitələri velosipedlər, skuterlər olacaq. Fransızlara işə getmək üçün digər xidmətlərdən istifadə etmələri tövsiyə olunur. Nəqliyyatın olmaması səbəbindən bir sıra Fransız şirkətlərinin rəhbər işçilərinin uzaqdan işləmələri ilə bağlı qərarlar qəbul edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































