"Paşinyanın son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgin, aktual və aktivdir. B.Saakyanı Yerevana çağırdı və onunla çox saatlı görüşdə bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi. Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə təxminən 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin detalları müzakirə olunub. Məhz N.Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi. Onların əvvəlcədən anons vermədən regiona səfəri çox böyük ehtimalla Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir".
Mediainfo.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, N.Paşinyan Yerevanda həmsədrlərlə görüşdü: "Xalqların sülhə hazırlanmasının müzakirəsi" N.Paşinyanın mətbuat xidmətinin yaydığı məlumatda xüsusi qeyd olundu. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə həmsədrlər Xİ Naziri Z.Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini müzakirə ediblər. Gürcüstanın Baş naziri G.Qaxariya da Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib".
Politoloqun sözlərinə görə, 3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir: "Həmsədrlər qondarma qurumun de-fakto rəhbəri B.Saakyanla da görüşdülər. Yayılan məlumatda yeni bir şey yoxdur. 2017-ci ilin yayında o zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum Dağlıq Qarabağın rəhbərliyi Serj Sərkisyana etiraz edə bilmədi. Amma indi isə qondarma Dağlıq Qarabağın rəhbərliyi N.Paşinyana qulaq asmır. Paşinyan S. Sərkisyanın nə dediyini bilir. Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib. Bu, D.Əsgərov və Ş.Quliyev də daxil olmaqla "hamının hamıya" dəyişdirilməsi prinsipidir. Görünür, məhz bu Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanğıcı olacaq".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































