Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanın regionlarının əksəriyyətində növbədənkənar prezident seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb.

Bu, sayca ölkədə altıncı seçkidir.

Ölkəyə demək olar ki, 30 il rəhbərlik etmiş Nursultan Nazarbayevmartın 20-də özünün prezidentin səlahiyyətlərinə xitam verib. Dövlət başçısı əvvəllər parlament yuxarı palatasının spikeri olmuş Kasım-Jomart Tokaev olub.

Tokaev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib.

Ölkədə yeddi nəfərin, o cümlədən Tokaevin prezidentliyə namizədliyi qeydə alınıb. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.

Qazaxıstanda prezident beş il müddətinə seçilir. Namizədlər seçkilərdə qalib gəlmək üçün seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Əgər heç bir namizəd lazımi səs toplamasa, ikinci tur təyin ediləcək.Report

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az