“Rusiya Ermənistanın təhlükəsizliyinin deyil, məhvinin qarantıdır, çünki o, daim kölələşdirməyə çalışır”.
Azerbaycanpolisi.az “Teleqraf”a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçi Vardan Malxasyan deyib.
Malxasyanın sözlərinə görə, “yan” soyadlı bir çox insan Rusiyanın maraqlarına xidmət edir və Ermənistanın müstəqilliyinə son qoymaq istəyir:
“Bunlar erməni soyadlı düşmənlərdir, dövlətimizi dağıtmaq istəyirlər, hamısını həbs etmək lazımdır. Nikol Paşinyan hakimiyyətdə qalsa, hamısı məhv ediləcək. Robert Köçəryan, Qaqik Sarukyan və Samvel Karapetyan heç nədən nəyəsə çevriliblər.
Bu insanlar axmaq və qorxaqdırlar, zəifdirlər, alçaldılmış və çürümüş insanlardır, xalqın əhvalını hiss etmirlər. Meydana çıxıb hakimiyyət istəyirlər, sizin yeriniz həbsxanadır. Samvel Karapetyan Putinin köləsidir, vəziyyət pisdir, iş alınmasa sahibi ondan hesab soruşacaq. Paşinyan elə-belə demir ki, Samvel Karapetyan “bomjlar” kimi evsiz qalacaq, qızıl sarayını əlindən alacaqlar. Axmaq Sərkisyandan soruşanda ki, nə qədər səs toplayacaqsan, sərxoş halda deyir ki, “istədiyim qədər”. Növbə bunlardadır. Karapetyan kilsəyə pul verir, Məsihin yerinə onun şəklini asırlar, özünü “Tanrı” hesab edir”.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























