ABŞ-dan general Akara məktub: Türk pilotlar geri qaytarılır

ABŞ-dan general Akara məktub: Türk pilotlar geri qaytarılır

ABŞ türk pilotlara F-35 təyyarələrində təlim verməkdən imtina edib.

Bu məlumatı "Röyter" agentliyi yayıb. Məlumata görə, bu qərar yalnız ABŞ-a təlimə gəlməyi planlaşdırılan yeni pilotlara aid ediləcək.

Agentliyin mənbəsi yalnız Ankaranın S-400-ü almaqdan imtina edəcəyi təqdirdə bu qərarın ləğv olunacağını bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 4 türk pilotu F-35 təlimi keçir, 2 pilot isə burada F-35-lərlə bağlı təlimçi olaraq çalışır.

Ümumilikdə Türkiyədən texniki xidmətlə bağlı təlim keçməyə gələnlər 20 nəfərdir.

F-35 proqramı ilə bağlı ABŞ-da təlim keçən türkiyəli pilotlar geri qaytarılacaq.

Bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktubunda bildirib.

Məktubda qeyd edilib ki, pilotların təlim vaxtı iyulun 31-də başa çatacaq. Bundan əlavə, 34 türk pilotun da ABŞ-a səfərinin ləğvi nəzərdən keçirilir.Axar

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az