Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb

Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb

Çin Kommunist Partiyasının sədri Si Cinpinin Rusiyaya rəsmi səfəri başlayıb.

S.Cinpinin təyyarəsi "Vnukovo-2" hava limanına eniş edib.

S.Cinpini Rusiyanın Uzaq Şərq və Arktikanın inkişafı üzrə naziri Aleksandr Kozlov, xarici işlər nazirinin müavini İqor Morqulov, Rusiyanın Çindəki səfiri Andrey Denisov və Çinin Rusiyadakı səfiri Li Huey qarşılayıb.

Məlumata görə, bu gün Si Cinpin və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar keçiriləcək. Kremldəki danışıqlardan sonra liderlər Çin tərəfindən Moskva zoorparkına iki böyük pandanın təhvil verilməsi mərasimində iştirak edəcəklər.

Bildirilir ki, bu axşam Putin və Cinpin "Bolşoy Teatr"da iki ölkə arasında diplomatik əlaqələrin 70-ci illiyinə həsr olunmuş konsertdə iştirak edəcəklər.

İyunun 6-7-də isə Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək. APA

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az