Ötən həftənin diqqəti cəlb edən hadisələrindən biri Böyük Britaniynın Baş naziri Tereza Meyin Breksiti reallaşdıra bilmədən tutduğu vəzifəsindən istefa verməsi oldu. Hələlik bundan sonra Breksitin taleyinin necə olacağı məlum olmasa da, Avropa İttifaqı daxilində son illərdə baş baş verən çəkişmələr və mərkəzdən qaçma meyllərinin güclənməsi qurumun başağrısı olaraq qalmaqda davam edir. Xüsusi ilə Avropada Breksit adı ilə tanınan məsələnin gündəmə gəlməsi və Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək üçün hərəkətə keçməsi qurumun gələcəyini şübhə altına alıb. Böyük Britaniyanın Baş naziri Tereza Meyin ölkəsinin hər vasitə ilə Arropa İttifaqından çıxmasına yönələn Breksiti faktiki olaraq Almaniya, Fransa kimi aparıcı dövlətləri Böyük Britaniya ilə üz-üzə qoydu. Bu da təsadüfi deyil. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi qurumun iqtisadi, siyasi və hərbi baxımdan zəifləməsi demək olacaq. Ona görə də Breksitin gündəmə gəldiyi ilk gündən Aİ daxilində aparıcı mövqe tutan Almaniya və Fransa hər vasitə ilə buna mane olmağa çalışdılar. O vaxt məsələ ilə bağlı Almaniya kanslerı Angela Merkel bildirmişdi ki, Böyük Britaniya buna görə Aİ-yə 72 milyard avro ödəməli olacaq. Lakin tərəflər arasında aparılan danışıqlardan sonra bu məsələ gündəmdən çıxarıldı. Çünki Tereza Mey ölkəsinin Aİ-dən çıxması məsələsində qətiyyətli olduqlarını nümayiş etdirərək artıq geriyə yol olmadığını qurumun rəhbərliyinə çatdırdı. Amma Tereza Mey heç cür Breksit məsələsini reallaşdıra bilmədi. Buna da səbəb Şotlandiya və Şimali İrlandiya probleminin ortada olması oldu. Böyük Britaniya ilə bərabər Avropa İttifaqının daxilində de-fakto müstəqil dövlət statusuna malik olan Şotlandiya və Şimali İrlandiya Tereza Meyin Breksiti reallaşdırması yönündə ciddi problemə çevrildilər. Belə ki Aİ ilə Böyük Britaniya arasında imzalanan anlaşmaya əsasən Şotlandiya və Şimali İrlandiya Aİ daxilində xüsusi statusa malikdirlər və bu, onlara London qurumu tərk edəcəyi təqdirdə müstəqil şəkildə orada fəaliyyətlərini davam etdirməyə imkan verir. Təbii ki, Şotlandiya və Şimali İrlandiyanım Aİ daxilində varlıqlarını davam etdirməsi Böyük Britaniya üçün gələcəkdə onların müstəqilliklərinin tanınması təhlükəsini əmələ gətirir. Məhz ona görə də Lordlar palatası 3 dəfə Tereza Meyin Breksiti reallaşdırmaq cəhdinə qarşı çıxaraq Şimali İrlandiya və Şotlandiya ilə bağlı problemə aydınlıq gətirməyənə kimi sənədin qəbuluna imkan verilməyəcəyini bildirdi. Bunun da nəticəsində 3 dəfə keçirilən səsvermə zamanı Lordlar Palatası Breksitin əleyhinə səs verdi. Problemin uzanması ilə bağlı Avropa İttifaqı ilə aparılan danışıqlar nəticəsində Breksitin reallaşdırılması oktyabr ayının 31-nə kimi təxirə salınıb. Lakin hadisələrin gedişi göstərdi ki, Tereza Meyin oktyabr ayının 31-nə kimi gözləməyə səbri çatmayıb. Belə ki, istefasını elan etməsindən bir neçə gün öncə Tereza Mey yenidən Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan yeni Breksit layihəsini ictimaiyyətə təqdim edib. Sənədi diqqətlə araşdıran analitiklərin əksəriyyətinin fikrincə yeni Breksit layihəsi əvvəlkilərindən bir o qədər də ciddi şəkildə fərqlənmir. Bununla bağlı analitik Con Roberts Atlantic Council nəşrində yazır ki, Tereza Meyin yeni Breksit layihəsində cüzi dəyişiklik var və çətin ki, Lordlar Palatası bu dəfə də onun qəbul edilməsinə səs versin. Layihədə diqqəti cəlb edən əsas məsələ Meyin Leyboristlər Partiyasının iki əsas tələbinə münasibətdə güzəştə getməsidir. Həmin iki tələbdə Avropa İttifaqı ilə Gömrük İttifaqı anlaşmasına yenidən baxılması və Breksitlə bağlı təkrar referendumun keçirilməsi irəli sürülmüşdü. Belə ki, Leyboristlər Partiyasının bu yaxınlarda keçirilən iclasında adı çəkilən hər iki tələbin vacibliyi xüsusi vurğulanmışdı. Meyin yeni sənədində Leyboristlər Partiyasının hər iki tələbi nəzərə alınıb. Lakin bu da Meyin sənədinin qəbul edilməsi anlamına gəlmir. Hökumətin Gömrük İttifaqından çıxması fəhlə və qulluqçuların hüquqlarının Avropa dəyərləri səviyyəsində qorunması məsələsini gündəmə gətirir və Mey bu məsələdə də vacib addım atmalı idi. Eyni zamanda Gömrük İttifaqında müəyyən güzəştlərdən istifadə edən Böyük Britaniya şirkətlərinin də itkilərinin yerini doldurmaq və onların müflisləşməsinin qarşısının alınması Mey hökuməti üçün başağrısına çevrilən məsələlərdən biri olaraq qalmaqda davam edirdi.
Mey tərəfindən Breksitlə bağlı yeni layihənin ictimaiyyətə açıqlanması da xoşagəlməz vaxta təsadüf etdi. Belə ki, layihə ictimaiyyətə açıqlanan gün Böyük Britaniyanın ən böyük poladəritmə kompaniyalarından biri hesab edilən British Stell bəyan edib ki, iflasa uğramaqdan xilas olmaq üçün ona dövlət səviyyəsində 38 milyon dollar yardım göstərilməsinə ehtiyac var. Bununla bağlı əksər tanınmış iqtisadçı ekspertlər belə hesab edirlər ki, British Stell iflasa uğrayan ilk və sonuncu korporasiya olmayacaq və Breksitin mənfi təsiri digər iri sənaye müəssisələrinin fəaliyyətinə də öz təsirini göstərəcək. Buna paralel olaraq qeyd edək ki, Tereza Meyin hər dəfə Breksitlə bağlı məsələni yenidən israrla gündəmə gətirməsi əhali eləcə də partiya üzrə ona dəstək verənləri itirməsi hesabına başa gəlirdi. Xüsusi ilə Meyə qarşı Leyboristlər Partiyası daxilində olduqca sərt mövqe nümayış etdirən radikal qanad Aİ-də ilə hər hansı sənəd imzalanmadan Böyük Britaniyanın qurumu tərk etməsinə qarşı çıxırdılar. Meyin yeni Breksit layihəsi dərhal sərt şəkildə tənqid atəşinə tutulub. Belə ki, Böyük Britaniyadakı müxalif Leyboriastlər Partiyası dərhal Baş nazir Tereza Meyi "Brexit"lə bağlı qanun layihəsini millət vəkillərinin səsverməsinə çıxarmamağa çağırdı. Müxalifətin "Brexit" üzrə dövlət katibi Keir Starmer layihədə faktiki olaraq heç nəyin dəyişmədiyini söyləyib. O, baş nazirin "Brexit"lə bağlı Avropa İttifaqı ilə razılığa gəlməyə dair onlara təqdim etdiyi təklifləri çox zəif hesab etdiyini bildirib. Leyboristlər Partiyasının liderlərindən biri Ceremi Korbin də Meyin yeni layihəsini tənqid edib. O deyib ki, baş nazirin layihəsi əvvəlkindən heç nə ilə fərqlənmir və orada Gömrük İttifaqı və ya hüquqların müdafiəsi ilə bağlı fundamental dəyişiklik yoxdur. Cərt Breksitin ardıcıl tərəfdarlarından olan Konservatorların iri fraksiyasına rəhbərlik edən Ceykob Ris Moqq da bildirdi ki, Meyin yeni təklifləri əvvəlkindən daha pisdir. Konservativlərin keçmiş lideri İan Dunkan Smitt də Meyin yeni layihəsini tənqid edib. O deyib ki, Meyin yeni layihəsində nəzərdə tutulanlar Avropa İttifaqı Böyük Britaniya üzərində nəzarəti saxlamaq imkanı əldə edir. Bununla belə tənqidlərə baxmayaraq Tereza Mey Donald Trampın müttəfiq güclərinin Normandiyaya qoşun çıxarılmasının 75 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Avropaya səfərindən sonra, iyunun ayının ilk ongünlüyündə Avropa İtiifaqında səsverməyə çıxarmaq niyyətində idi. Ekspertlərin fikrincə istənilən halda Meyin Breksitlə bağl yenı layihəsinin gələcəyi qaranlıqdır və Aİ-də ona münasibətin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki Mey yeni layihəsində daimi fəaliyyət göstərən Gömrük İttidaqında ölkəsinin qalmasının əvəzinə onun orada müvəqqəti iştirakını nəzərdə tutur. Məhz Meyin Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan yeni layihəsində əksini tapan müddəalar göstərir ki, bu sənədi də ondan əvvəlkilərin taleyi gözləyir. Faktiki olaraq bütün ekspertlər Meyin Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan yeni layihəsinin adıçəkilən qurum tərəfindən qəbul olunmayacağı fikrindədirlər. Buraya yaxın vaxtlarda Konsrvativlər Partiyasına yeni liderin seçiləcəyini də nəzərə alanda Meyin problemlə bağlı daha xoşagəlməz bir vəziyyətə düşəcəyi ehtimal edilirdi. Bu müstəvidə də Böyük Britaniya parlamentariləri Aİ-dən çıxmaqla Breksitlə əlaqədar iki seçim qarşısında qalacaqlar. Onlar ya sərt Breksitə üstünlük verərək Aİ ilə heş bir sənəd imzalamadan onu tərk etməsinə, ya da ölkələrinin qurumu tərk etmələrinə elektorat arasında arasında münasibəti öyrənmək üçün yenidən referendum keçirilməsinə üstünlük verməli olacaqdılar. Ona görə də Breksitlə bağlı məsələdə istənilən zaman hadisələrin gözlənilməz istiqamətdə inkişaf edə biləcəyi istisna edilmir.
Həmidə Şahməmmədova
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































