İndiyə kimi görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq

İndiyə kimi görmədiyimiz iqtisadi çətinliklər yaşayırıq

Almanya Kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) səbəbindən əvvəllər heç vaxt görünməyən iqtisadi çətinliklər yaşandığını söyləyib.

Mediainfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, Berlindən 70 kilometr məsafədəki Merseberg Sarayında Fransa Prezidenti Emmanuel Makron ilə Angela Merkelin görüşündən sonra birgə mətbuat konfransı təşkil edilib.

E.Makron ilə iki il öncə də Merseberg Sarayında görüşdüyünü, ancaq bu gün çox ciddi bir məsələ üçün bir araya gəldiklərini ifadə edən A.Merkel testlərə baxdıqda, o dövrdəki şərtlər bugünkü problemlərlə müqayisədə nisbətən proqnozlaşdırılan və mülayim idi. O, bir tərəfdən pandemiya, digər tərəfdən bununla əlaqəli olaraq on illərdən bəri həm Almaniya və Fransada, həm də Avropa İttifaqında daha əvvəl heç görmədiyimiz iqtisadi çətinliklərin yaşandığını vurğulayıb.

Almaniya və Fransanın birlikdə iqtisadi çətinliklərin öhdəsindən gəlmək məqsədilə Avropa İttifaqı ölkələri üçün bir xilasetmə fondu təklif etdiklərini xatırladan A.Merkel bildirib: "Bununla Avropa gələcəyimizdir deyirik. Hamımız fərqli ölkələrdən gəlirik, lakin birliktə daha güclü ola bilərik. Rəqəmsallaşma, iqlim, müharibə və sülh kimi problemli mövzularda dünyada bir rol oynaya bilərik”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az