Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəldi

Azərbaycan və BƏƏ qarşılıqlı dəstəklə bağlı razılığa gəldi

İyunun 24-də Xarici İşlər naziri Elmar Məmmədyarovun BƏƏ-dən olan həmkarı Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə telefon danışığı olub.

XİN-dən Mediainfo.az-a bildirilib ki, nazirlər ikitərəfli dostluq və əməkdaşlıq əlaqələri, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazirlər qlobal pandemiya ilə bağlı son vəziyyət və iki ölkə tərəfindən COVID-19 epidemiyasının təsirini yumşaltmaq üçün görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Tərəflər yeni növ koronavirus ilə mübarizə üçün qarşılıqlı dəstəyin və beynəlxalq həmrəyliyin vacibliyini bir daha qeyd ediblər.

Nazir Elmar Məmmədyarov BƏƏ-nin COVID-19 ilə mübarizə üzrə Azərbaycana verdiyi yardımı yüksək qiymətləndirib.

Hər iki nazir müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az