Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
Moskvanı ABŞ-ın kosmik resursların mənimsənilməsi ilə bağlı planları narahat edir.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, amerikalıların kosmosdakı siyasəti Yerdə tutduqları xətlə eynidir:
“ABŞ-ın “kim bizlə deyilsə, bizə qarşıdır” prinsipi Yerdə olduğu kimi, kosmosda da var”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Ayın resurslarının hasilatı ilə bağlı Kanada, Yaponiya, BƏƏ və bir sıra digər Avropa ölkələri ilə müqavilə imzalamağı planlaşdırır. Vaşinqton ilkin mərhələdə razılaşmaya Rusiyanı cəlb etməyib.
Oxuməni.az