Dünya ictimaiyyətinə sözdə soyqırımı qəbul etdirə bilməyən erməni lobbisi strategiya dəyişdirib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
“Türkiyə Prezidenti yanında Ali Müşavirə Şurası Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarıb. İclasda erməni lobbisinin “soyqırım” iddialarını Beynəlxalq Ədalət Məhkəməsində qaldırmaq üçün strategiya dəyişdirdiyi, məsələni “soyqırım” yerinə “insanlığa qarşı cinayət” formasına çevirib nəticə almağa çalışdığı bildirilib.
Bunun iki səbəbi var:
1. Beynəlxalq Ədalət Məhkəməsi əsasən 1948-ci ildən sonrakı soyqırım iddialarına baxır.
2. İddiaların meyarları çox sərt olduğu üçün soyqırım kimi qəbul edilməsi çətin məsələdir. Buna görə də ermənilər strategiya dəyişdirməyə başlayıblar”, - qəzetdə bildirilib.
Məlumata görə, iclasda bu dəyişikliklərin nəzarətdə saxlanmasının vacib olduğu vurğulanıb:
“Buna görə də Ərdoğan məsələ ilə bağlı təklifləri dəstəkləyib və “soyqırım” iddialarına qarşı yeni bir qurumun yaradılmasına müsbət yanaşdığını deyib”.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


