Bu gün Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransı keçiriləcək.
Mediainfo.az xəbər verir ki, ilkin olaraq iyunun 18-də “Şərq Tərəfdaşlığı”nın ənənəvi sammitinin keçirilməsi planlaşdırılmışdı, lakin koronavirus pandemiyası səbəbindən toplantının keçirilməsindən imtina edilib və videokonfransın keçirilməsinə dair razılıq əldə olunub.
Sammit Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə keçiriləcək.
Sammitdə Aİ üzvü olan 27 ölkənin rəhbərlərinin, eləcə də “Şərq Tərəfdaşlığı” ölkələrinin – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna rliderlərinin iştirak edəcəyi gözlənilir.
Liderlər “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini bir daha təsdiqləyəcəklər. Onlar həmçinin COVID-19 böhranı zamanı həmrəyliyin vacibliyini, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” regionunda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində göstərdiyi əhəmiyyətli dəstəyi vurğulayacaqlar.
Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı” siyasətinin uzunmüddətli hədəflərini və 2021-ci ilin əvvəlində keçiriləcək sammitdə təsdiqlənməli olan 2020-ci ildən sonrakı inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, Aİ 2009-cu ildən “Şərq Tərəfdaşlığı” proqramını həyata keçirir. Proqramın əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































