İyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının qatılacağı virtual formatda keçiriləcək sammitin gündəliyi açıqlanıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Aİ Şurasının mətbuat xidmətinin məlumatına görə, virtual formatda baş tutacaq sammitə bloka üzv 27 ölkənin dövlət və hökumət başçıları, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hökumət və dövlət başıları qatılacaq. Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişel görüşə sədrlik edəcək. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də virtual konfransda iştirak edəcək.
“Liderlər bir daha “Şərq Tərəfdaşlığı”nın strateji əhəmiyyətini təsdiqləyəcəklər. Onlar həm də COVID-19 böhranı dövründə həmrəyliyin vacibliyini və Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrində epidemiyanın təsirini azaltmaq üçün verdiyi əsaslı dəstəyi vurğulayacaqlar. Bundan əlavə, liderlər “Şərq Tərəfdaşlığı”nın uzunmüddətli siyasi hədəflərini və 2021-ci ilin əvvəlində liderlərin üzbəüz iştirak edəcəyi zirvə görüşündə təsdiqlənməsi gözlənilən 2020-ci ildən sonrakı nəticələrin inkişafını müzakirə edəcəklər”, – deyə Aİ Şurasının mətbuat xidmətinin məlumatında qeyd olunub.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































