Putin Azərbaycan Prezidentini və xalqını təbrik edib

Putin Azərbaycan Prezidentini və xalqını təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Mediainfo.az Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, V. Putin təbrik məktubunda cəsarətləri və arxa cəbhədə fədakar əməyi ilə ortaq böyük sərvətimizə çevrilən nasizm üzərində qələbəyə yardım edən qəhrəmanların xatirəsinin ölkələrimizdə ehtiramla yad edildiyini bildirib: “İndiki nəsillərin müqəddəs vəzifəsi saysız-hesabsız qurbanlar və məhrumiyyətlər bahasına öz doğma torpaqlarının azadlığını qoruyanların xatirəsini əbədi qorumaq, əziz veteranlarımızı diqqət və qayğı ilə əhatə etməkdir”.

Rusiya Prezidenti Böyük Vətən müharibəsinin nəticələrini yenidən yazmaq, faşistlərin və onların silahdaşlarının törətdikləri qeyri-insani cinayətləri ört-basdır etmək üçün edilən bütün cəhdlərə qətiyyətlə müqavimət göstərmək lazım olduğunu xatırladıb.

V. Putin ata və babalarımızın döyüşlərdə göstərdiyi şücaətin ortaq xatirəsinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın konstruktiv inkişafına, eyni zamanda koronavirus pandemiyası ilə mübarizədə tərəfdaşlığa töhfə verəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Qələbənin 75-ci ildönümü münasibəti ilə Azərbaycan Prezidenti və xalqı ilə yanaşı, Belarus, Ermənistan, Moldova, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistanın dövlət başçılarına və xalqlarına da təbrik məktubu göndərib.

Bundan başqa, V. Putin Böyük Britaniya, ABŞ və Fransa rəhbərlərinə və xalqlarına da təbrik məktubu ünvanlayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az