Redkliff ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarına rəhbərlik edə bilər
10 Sentyabr 14:03
ABŞ-da kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb
ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.
Mediainfo.az-ın verdiyi məlumata görə, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksim 100 nəfər toplaşa bilər.
Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir.
Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir.
Mediainfo.az