NATO-nun keçmiş SSRİ ölkələri üçün qəbul qaydaları dəyişdirilməlidir ki, ərazi konfliktləri onların alyansa üzvlüyünə mane olmasın.
Mediainfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib. O, Rusiyanın Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin alyansa daxil olmağa izn vermək istəmədiyini, bunun üçün də onların müəyyən ərazilərini işğal etdiyini bildirib:
“Alyans üzvləri Rusiya ilə ərazi konflikti olan bəzi ölkələri öz aralarına qəbul etməyi arzulamırlar. Belə ki, beşinci maddəyə əsasən bu, Rusiya ilə avtomatik savaşmaq və bu əraziləri güc yoluyla geri qaytarmaq mənasına gəlir. Buna görə də bəzi ölkələrin alyansa üzvlük qaydaları dəyişməlidir. Bir sözlə, NATO və alyansa üzvü olan ölkə müqavilə imzalayır ki, beşinci maddə işğal edilmiş ərazilərə birbaşa aid olmayacaq. Biz ilk güc tətbiq edən ölkə olmayacağımızla bağlı öhdəlik götürür və bu ərazilərin yalnız sülh yoluyla reinteqrasiyası, ölkənin bütövlüyünün bərpa edilməsini dəstəkləyirik. Bu Rusiyanı ərazilərin işğalının davamı üçün stimullardan məhrum etməlidir”.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































