Ukrayna Avropa Birliyinin İrandakı bəzi şəxslərə və təşkilatlara qarşı tətbiq etdiyi sanksiyalara qoşulub.
Mediainfo.az-ın məlumatına görə, Avropa Birliyinin yüksək səlahiyyətli nümayəndəsi İrandakı vəziyyəti nəzərə alaraq müəyyən şəxslərə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə əlaqədar bəzi ölkələrin uzlaşması mövzusunda Ukrayna mediasına verdiyi açıqlamada belə deyib.
“2020-ci il aprelin 7-də Şura 2011/235 saylı qərara düzəliş edərək 2020/512 saylı qərar qəbul etdi. Şuranın qərarı, mövcud məhdudlaşdırıcı tədbirləri daha 12 ay müddətində, 2021-ci il 13 aprel tarixinə qədər yeniləyir və 2011/235 saylı Qərar Əlavəsinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərə məruz qalacaq şəxslərin və təşkilatların siyahısına dəyişiklik edir.
Namizəd ölkələr- Şimali Makedoniya Respublikası, Monteneqro və Albaniya, sabitləşmə və birləşmə prosesi ölkəsi və potensial namizəd Bosniya və Herseqovina, habelə Avropa Azad Ticarət Assosiasiyası ölkələri, Avropa İqtisadi Məkanının üzvləri olan İslandiya, Lixtenşteyn və Norveç, habelə Ukrayna və Moldova Respublikası bu Şuranın qərarına qoşulurlar”-açıqlamada belə deyilir”.
Məlumatda həmçinin bildirilir ki, bu ölkələr öz milli siyasətlərinin Şuranın qərarına uyğun olmasını təmin edəcəklər. Avropa Birliyi bu öhdəliyi nəzərə alır və alqışlayır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































