İsveç və Polşa hökumətləri Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramının gələn aya nəzərdə tutulan zirvə görüşündə təşkilata üzv ölkələrinin liderlərinin də iştirak etməsini zəruri sayır.
Mediainfo.az xəbər verir ki, bu barədə “Azad Avropa – Azadlıq” radiosunun (RFERL) Brüssel müxbiri Rikard Cozviak “Twitter” səhifəsində yazıb.
O deyib ki, Polşa və İsveç bu gün Aİ Xarici İşlər Şurasında Şərq Tərəfdaşlığının videokonfrans şəklində qarşıdakı zirvə görüşü barədə məsələ qaldıracaq: "Hər iki ölkə orada yalnız Aİ təsisatları liderlərinin iştirak etməsi, üzv dövlətlərin liderlərinin iştirak etməməsi təklifinə qarşı çıxır. Polşa bəyannamə verilməsini də istəyir”.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel də koronavirus pandemiyasına baxmayaraq, "Şərq Tərəfdaşlığı" zirvə görüşünün iyun ayında keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Avropa İttifaqı tərəfindən 2009-cu ildə qəbul edilmiş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































