Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ilə Belarus respublikasıarasında readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişləri təsdiq edib.
Bu barədə Mediainfo.az “TASS”a istinadən məlumat verir. Müvafiq sazişlər Brüsseldə AP-nin plenar sessiyasında qəbul edilib.
Sənədə əsasən vizaların verilməsi qarşılıqlı olaraq 60 avrodan 35 avroya düşəcək. Vətəndaşların qalma müddəti isə iki dəfə artırılacaq - ildə 180 gün. Sənəd qüvvəyə mindikdən sonra AB ölkələrinin belaruslara daha uzunmüddətli vizalar verəcəyi də gözlənilir.
Readmissiya sazişi isə özündə bir dövlətin digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni qalan şəxsləri geri qəbul etməsini ehtiva edir.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































