Fransada Toqquşmalar və Kütləvi Həbslər
26 Oktyabr 07:55
Almaniyanın Kansleri Angela Merkel vətəndaşlara müraciət edərək, onları bu günədək ölkədə koronavirusla mübarizə çərçivəsində yoluxmanın azaldılması istiqamətində əldə edilən nəticələri təhlükə altında qoymamağa çağırıb.
Mediainfo.az Reuters-ə istinadən xəbər verir ki, ölkə lideri bu barədə çərşənbə günü Bundestaqın aşağı palatasında çıxışı zamanı bildirib.
O əlavə edib ki, pandemiya hələ bir müddət davam edəcək: " Gəlin, koronavirusla mübarizə çərçivəsində qazandıqlarımızı təhlükəyə atmayaq. Tətbiq edilən qaydalara əməl etməsək, arxada qalan məhdudiyyətlərə qayıtmaq məcburiyyətində qalacağıq”.
Mediainfo.az