"Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binanın sakinlərinə "kupça"ların təqdim edilməsi üçün bütün hazırlıqlar başa çatdırılıb".
Bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilov Mediainfo.az-ın sorğusuna cavab olaraq məlumat verib.
Q.Xəlilov qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar ("kupça") Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək".
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də öz növbəsində məsələ ilə bağlı Mediainfo.az-a deyib ki, müəyyən müddət sonra bu barədə mətbuata geniş məlumat veriləcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































