"Qalatasaray"ın kapitanı Səlçuk İnan karyerasını başa vurub.
Mediainfo.az-ın məlumatına görə, bunu yarımmüdafiəçi özü açıqlayıb.
O bildirib ki, karyerasını bitirməyin vaxtı çatıb: "Təəssüf ki, hər şeyin sonu var. Bu da bitdi. Hər sonun da bir başlanğıcı var. Bundan sonra nə olacağına baxacağıq".
Türkiyə millisinin sabiq üzvünün yeni işi də artıq məlumdur. "Qalatasaray"da qalacaq 35 yaşlı keçmiş orta sahə oyunçusu baş məşqçi Fatih Terimin köməkçisi kimi fəaliyyət göstərəcək. Terim mətbuata açıqlamasında yetirməsinin bundan sonra məşqçilər korpusunda yer alacağını söyləyib.
Qeyd edək ki, karyerası ərzində "Dardanelspor", "Manisaspor" və "Trabzonspor"da çıxış etmiş Səlçuk İnan 2011-ci ildən "Qalatasaray"ın formasını geyinib. O, Türkiyə yığmasında 61 oyun keçirib, 8 qola imza atıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































