Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır

Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırıb.

“Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır”, - deyə Azərbaycan Prezidentinin məktubunda bildirilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.02

2026.09.01

2026.08.31

2026.08.30

2026.08.29

2026.08.28

2026.08.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az