Suriyanın cənubundakı Əs-Süveyda vilayətinin inzibati mərkəzində ərəb tayfalarının silahlı dəstələri ilə druzların özünümüdafiə qüvvələri arasında baş verən atışma nəticəsində 2 dinc sakin ölüb, daha 2 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə "Sham TV" məlumat yayıb.
Məlumata görə, hökumət qüvvələrinin dəstəklədiyi ərəb tayfalarının silahlı dəstələri şəhərin qərb ətrafına, Tell Hədid təpəsindən minaatanlarla atəş açıb. Druzların özünümüdafiə qüvvələri isə buna cavab olaraq qarşı tərəfin mövqelərinə zərbələr endirib.
Silahlı insident bu ilin əvvəlindən etibarən vilayət ərazisində atəşkəs rejiminin dördüncü dəfə pozulması olub. Atəşkəs 2025-ci ilin iyulunda baş vermiş icmalararası toqquşmalardan sonra bütün vilayət ərazisində elan edilib.
Həmin toqquşmalar nəticəsində 1,6 mindən çox insanın öldüyü bildirilir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






