Özbəkistan və SOCAR 2 milyard dollarlıq enerji layihələrini müzakirə edib

Özbəkistan və SOCAR 2 milyard dollarlıq enerji layihələrini müzakirə edib

Özbəkistan və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda təxminən 2 milyard dollar həcmində investisiya nəzərdə tutulan enerji layihələrinin həyata keçirilməsini, həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər.

Danışıqlar Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov ilə SOCAR prezidenti Rövşən Nəcəf arasında videokonfrans formatında keçirilib. Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Tərəflər birgə həyata keçirilən mövcud layihələrin icra vəziyyətini, yeni təşəbbüslərin başlanılması perspektivlərini, qarşılıqlı ticarətin həcminin artırılmasını və strateji layihələrin təşviqini nəzərdən keçiriblər.

SOCAR Özbəkistanda karbohidrogen ehtiyatlarının işlənməsi layihəsində iştirak edir. Layihəyə yatırılacaq investisiyaların həcmi təxminən 2 milyard dollar qiymətləndirilir.

Danışıqların yekunlarına əsasən, tərəflər əməkdaşlığı davam etdirməyə, investisiya və ticarət-iqtisadi əlaqələri genişləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.30

2026.08.29

2026.08.28

2026.08.27

2026.08.26

2026.08.25

2026.08.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az