Danimarka ukraynalı qaçqınların öz ərazisində qalması qaydalarını sərtləşdirməyi planlaşdırır. Ölkə hökuməti yalnız cəbhə bölgələrindən olanlara sığınacaq verilməsini təklif edir. Oxuməni.az xəbər verir ki, bu barədə Danimarka rəsmilərinin açıqlamalarında deyilir.
Təklif olunan dəyişikliklərə görə, Ukraynanın qərbi və mərkəzi hissəsinin 14 bölgəsi mülki şəxslər üçün nisbətən təhlükəsiz kimi tanına bilər. Eyni zamanda, Kiyev şəhərinin bu siyahıdan çıxarılması təklif olunur. Buna görə də, bu "təhlükəsiz" bölgələrdən Danimarkaya gələn ukraynalılara əvvəlki kimi avtomatik olaraq qoruma verilməyəcək.
Hökumətin əsas arqumentlərindən biri yerli icmaların üzərinə düşən yükdür. Danimarkanın İmmiqrasiya və İnteqrasiya naziri Morten Byodskov bildirib ki, hazırda ölkədə təxminən 47.600 Ukrayna vətəndaşı yaşayır.
"Bəzi bələdiyyələr bu qədər çox sayda ukraynalı üçün mənzil tapmaqda, eləcə də onları Danimarka cəmiyyətinə inteqrasiya etməkdə çətinlik çəkirlər", - Byodskov izah edib.
Hökumət sosial müavinət alan ukraynalılar üçün əlavə tələblər tətbiq etməyi təklif edir. Xüsusilə, buraya iş öhdəliyinin tətbiqi də daxildir. Uşaqların təhsili ilə bağlı qaydaların yenidən nəzərdən keçirilməsi də planlaşdırılır. Hazırda ukraynalılara ingilis və ya ukrayna dilində, o cümlədən distant təhsil almağa icazə verilir.
Byodskov həmçinin qeyd edib ki, Norveç və İsveçrə bu yaxınlarda oxşar addımlar atıblar. Onun sözlərinə görə, bu ölkələrdə immiqrasiya qaydalarının sərtləşdirilməsi yaşayış icazəsi üçün müraciətlərin sayının azalmasına səbəb olub.
Əziz Mustafa
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb.jpg)


.jpg)



.jpg)


.jpg)

.jpg)





.jpg)




































