Ukrayna Rusiyanın ballistik raket qurğularına hücum etmək üçün "Starlink" sistemləri ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə icazə almağa çalışır. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
"Starlink" sistemi ilə təchiz edilmiş dronlar operatorlarla daha etibarlı əlaqə saxlamaq və radio-maneələrə qarşı daha davamlı olmaq üçün "SpaceX"in peyk şəbəkəsindən istifadə edir. Ukrayna artıq ölkə daxilində hərbi və mülki ehtiyaclar üçün "Starlink"dən istifadə edir. Lakin "Financial Times"ın məlumatına görə, prezident Volodimir Zelenski "SpaceX"in rəhbəri İlon Maskdan sistemin Ukraynadan kənarda istifadəsinə icazə verməsini xahiş edib. Bildirilir ki, o, bu xahişlə iyul ayında Ağ Evdə keçirilən görüş zamanı ABŞ prezidenti Donald Trampa da müraciət edib.
"FT" qəzetinin mənbələrinə görə, Kiyev Rusiya ərazisinin 200 km dərinliyinə qədər zərbələr endirmək üçün uzaqmənzilli dronlarda "Starlink"dən istifadəyə icazə verilməsini istəyib. Ukrayna tərəfi ümid edir ki, bu cür zərbələrin məsafəsinin məhdudlaşdırılması Maskın sorğunu təsdiqləmə ehtimalını artıra bilər.
Bununla belə, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən kənarlaşdırılmasından sonra bu məsələ ilə bağlı danışıqlar çətinləşib. "FT" qeyd edir ki, Fyodorov İlon Maskla birbaşa əlaqə saxlayırdı və "Starlink"in Ukrayna tərəfindən gələcək istifadəsinin müzakirəsində mühüm rol oynaya bilərdi.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






