İranın hərbi gücü iqtisadi artım və əhalinin sabit təminatı olmadan ölkənin təhlükəsizliyini və mövcudluğunu təmin edə bilməz. Oxuməni.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Bağdaddakı İran səfirliyində iranlı və iraqlı iş adamları ilə görüşündə bildirib.
Qalibaf qeyd edib ki, əgər əhali aclıqla üzləşirsə və ölkə iqtisadiyyatı inkişaf etmirsə, İslam Respublikasını qoruyub saxlamaq üçün təkcə hərbi güc kifayət deyil.
"Nə qədər hərbi gücə sahib olsaq da, əgər insanlar acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və daxili istehsal yoxdursa, biz tab gətirə bilmərik", - deyə Qalibaf bildirib.
Onun sözlərinə görə, iqtisadi sabitlik və təhlükəsizlik bir-biri ilə birbaşa bağlıdır. Qalibaf xəbərdarlıq edib ki, işlək iqtisadiyyat olmadan hərbi təhlükəsizlik davamlı ola bilməz.
"Təhlükəsizlik və iqtisadiyyat bir-birinə möhtacdır. Əgər biz təhlükəsizliyi təmin etsək, lakin onu iqtisadiyyat vasitəsilə dəstəkləyə bilməsək, bu, uzun sürməyəcək", - deyə parlament sədri vurğulayıb.
Qalibaf həmçinin vurğulayıb ki, İran müharibəyə can atmır və onun başlanmasının tərəfdarı deyil. Bununla belə, onun sözlərinə görə, Tehran diplomatik alətlərdən səmərəli istifadə edə bilmək üçün hərbi hazırlığını qorumalıdır.
Almaz Həsənli
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb


.jpg)

.jpg)





.jpg)











































