Gürcüstanda Bolnisi Rayon Məhkəməsi Marneuli bələdiyyəsində baş vermiş qrup halında zorakılıq faktı ilə bağlı Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov barəsində hökm çıxarıb.
"Yeni Sabah" xəbər verir ki, məhkəmə Kənan İsmayılovu yeddi ay müddətinə azadlıqdan məhrum edib.
Bolnisi Rayon Məhkəməsindən bildirilib ki, hakim Qiorqi Qratiaşvilinin sədrliyi ilə keçirilən məhkəmə prosesi hökmün elan olunması ilə yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Kənan İsmayılovun həbs müddəti aprelin 6-da saxlanıldığı tarixdən hesablanacaq. İş üzrə daha üç nəfər barəsində isə iki il müddətinə şərti cəza təyin edilib.
Prokurorluğun məlumatına görə, hadisə aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranan mübahisə zamanı baş verib. İstintaq müəyyən edib ki, Kənan İsmayılov və onu müşayiət edən şəxslər zərərçəkmiş şəxsə xəsarətlər yetiriblər.
Azərbaycanpolisi.az
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır





.jpg)

















































