Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq, ictimai və peşəkar müzakirəyə təqdim olunacaq.

TASS-ın məlumatına görə, bu barədə 2026-2031-ci illər üçün hökumət proqramının layihəsində bildirilir.

"Yeni konstitusiya təkcə hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin fundamental prinsipləri ilə bağlı vahid siyasi razılığına çevrilməlidir. Yeni Konstitusiya qanunun aliliyinə əsaslanan dövlətin qurulmasına, demokratiyanın və ictimai etimadın dərinləşməsinə, eləcə də dövlətin uzunmüddətli davamlı inkişafına kömək etməlidir. Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq, ictimai, peşəkar müzakirəyə təqdim ediləcək və onun referenduma təqdim edilməsi üçün addımlar atılacaq", - hökumətin saytında dərc olunmuş sənəddə deyilir.

Məsələ 20 avqust iclasının gündəliyinə daxil edilib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.20

2026.08.19

2026.08.18

2026.08.17

2026.08.16

2026.08.15

2026.08.14

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az