Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.
Azerbaycanpolisi.az “Milli.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, Altay Mustafayev ABŞ-nin İndiana Universitetinin Maurer Hüquq Məktəbində "Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom's IAD Framework" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi alan ilk azərbaycanlı olub.
Dissertasiya işində məhkəmə diskresiyasının ümumi hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german) hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional aspektdən araşdırılıb. Tədqiqat zamanı Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə edilərək məhkəmə diskresiyasının hüquqi və institusional əsasları təhlil olunub.
Qeyd edilib ki, hüquq doktoru hüquq sahəsində ən yüksək akademik dərəcələrdən biri hesab olunur.
Altay Mustafayev, həmçinin ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.
Azerbaycanpolisi.az
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
























































