Təbriz və İrəvan arasında birbaşa aviareyslər iki illik fasilədən sonra avqustun 20-dən etibarən bərpa olunacaq.
Azerbaycanpolisi.az “Publika.az”a istinadla xəbər verir ki, uçuşlar Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanından "Pouya Airlines" aviaşirkəti tərəfindən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
İlk Təbriz-İrəvan reysinin avqustun 20-də saat 09:00-da yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, İrəvan-Təbriz arasında birbaşa müntəzəm aviareyslər ilk dəfə 2021-ci il iyulun 1-də açılıb. Uçuşları Ermənistanın "Armenia Airways" aviaşirkəti həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirib.
Lakin birbaşa marşrut altı aydan bir qədər çox fəaliyyət göstərdikdən sonra aviaşirkətin uçuş proqramlarının optimallaşdırılması və təyyarələrin yenidən bölüşdürülməsi səbəbindən dayandırılıb.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






