Yeni rüsum narazılıq yaratdı - Bir sənədə görə 50 manat

Yeni rüsum narazılıq yaratdı - Bir sənədə görə 50 manat

“Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli rəsmi məlumata istinadən sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat manat, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsinə görə 10 manat, toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə (bir sənəd) 25 manat dövlət rüsumu müəyyənləşib.

“Anlamaq olmur, sertifikatın özü üçün rüsum olsaydı, deyərdim ki, bəli, iş görürlər, laboratoriya analizi edirlər, xərc və əmək sərf edirlər. Halbuki, aqrar sektor prioritetdirsə, bu da pulsuz olmalıdır. Yeni rüsumlar kiçik məbləğlərdir. Amma insanı düşündürən odur ki, informasiya sistemində bu sertifikat var, sadəcə onu çap edib təqdim etmək niyə 50 manat olsun ki?! Printer və kağız xərcləri 1 qəpik olar, niyə 50 manat?! Eyni qaydada sertifikatın dublikatını çap edib təqdim etmək niyə 10 manat olmalıdır?!

Bu gün istənilən sahədə rüsum, cərimələr o həddə çatıb ki, artıq ciddi bir xərc maddəsinə, vergi növünə dönüb. Bu yanaşma iqtisadi aktivliyi boğur”, – deyə N.Cəfərli əlavə edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.17

2026.08.16

2026.08.15

2026.08.14

2026.08.13

2026.08.12

2026.08.11

2026.08.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az