Ukraynada Sovet generalının abidəsi sökülüb

Ukraynada Sovet generalının abidəsi sökülüb

Ukraynanın Dnepropetrovsk şəhərində Sovet generalı Vasili Margelovun abidəsi sökülüb. Oxuməni.az-ın yaydığı məlumata görə, bu barədə "Ölkə Siyasəti" Telegram kanalı bildirib.

Margelovun abidəsi Dnepr sahilində yerləşirdi. Onun sökülməsi barədə qərar dörd gün əvvəl verilib. İddia olunur ki, onun yerində Ukrayna paraşütçülərinə abidə ucaldılacaq.

Vasili Margelov Sovet hərbi komandiri və Sovet İttifaqı Qəhrəmanı idi. O, 1908-ci ildə Yekaterinoslavda (indiki Dnepropetrovsk) anadan olub və Böyük Vətən Müharibəsində iştirak edib. 1944-cü ildə Margelov Xersonun azad edilməsində iştirak edən bir diviziyaya komandanlıq edib.

Bundan əvvəl Polşanın keçmiş baş naziri Leşek Miller Kiyevdə sovet yazıçısı Mixail Bulqakovun abidəsinin sökülməsini tənqid etmişdi.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.16

2026.08.15

2026.08.14

2026.08.13

2026.08.12

2026.08.11

2026.08.10

2026.08.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az