İsrail Müdafiə Qüvvələrinin (İDQ) sözçü ofisinin məlumatına görə, Hizbullahın elit Radvan bölməsinin komandiri Livanın cənubunda təşkil edilən hücumda öldürülüb. Oxuməni.az bu barədə İsrail mətbuatına istinadən xəbər verib.
Hərbçilərin sözlərinə görə, əməliyyat Hizbullahın atəşkəs razılaşması çərçivəsində təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail qoşunlarına qarşı həyata keçirdiyi terror hücumundan sonra baş verib. Gecə hava hücumu Ənsar məhəlləsindəki Radvanın mərkəzi qərargahını hədəf alıb.
Bəyanatda bildirilir ki, hücum nəticəsində İDQ bölmənin batalyon komandiri kimi təsvir etdiyi Əli Samir əl-Hac Həsən öldürülüb. İDQ həmçinin iddia edir ki, hücum zamanı təhlükəsizlik zonasında İsrail qüvvələrinə qarşı hücumlar planlaşdıran bir neçə yaraqlı öldürülüb.
Bəyanatda deyilir: "Zərbə beynəlxalq hüquqa görə qanuni hədəf olan Həsəni hədəf alıb".
Hərbçilər qeyd ediblər ki, Həsənin ailəsi hücum zamanı qərargahın içərisində olub. İsrail Müdafiə Qüvvələri ailə üzvlərinin hədəfə alınmadığını və komandirin onlardan "canlı qalxan" kimi istifadə etdiyini, onlarla birlikdə obyektin içərisində gizləndiyini iddia edir.
Bir müddət əvvəl İsrail Qəzzada Rusiyada qadağan olunmuş İslam Cihadı təşkilatının komandirini öldürmüşdü.
Əziz Mustafa
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb



































.jpg)




















