Ermənistan daxili işlər nazirinin müavini Armen Kazaryan hesab edir ki, ölkə vətəndaşlığının alınması prosesi etnik ermənilər üçün həddindən artıq sadələşdirilib və buna yenidən baxılmalıdır. Oxuməni.az "Sputnik Ermənistan"ın məlumatına istinadla xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2025-ci ildə 32 mindən çox erməni vətəndaşlıq alıb ki, bu da tarixi maksimumdur. O hesab edir ki, bunlar əsasən Rusiya vətəndaşı olan ermənilərdir və bu qərar Ukraynadakı münaqişə, habelə Rusiya vətəndaşlarının müxtəlif ölkələrə girişində yaranan problemlərlə bağlıdır. Bu kontekstdə o, vətəndaşlıq almağın bir "tranzaksiya" (əməliyyat) kimi deyil, dəyərli bir proses olması lazım olduğunu vurğulayıb.
"Ölkəmizin pasportunu almaq üçün etnik ermənilərə qarşı heç bir tələb yoxdur. Bu, bir problemdir və ünvanlı şəkildə həll edilməlidir", - deyən nazir müavini müvafiq qanunvericilik dəyişikliklərinin edilə biləcəyini istisna etməyib.
Kazaryan bildirib ki, əcnəbilər vətəndaşlıq almaq üçün 3 il ölkədə yaşamaq, dil və qanunvericilik üzrə imtahandan keçmək kimi naturalizasiya prosesindən keçməlidirlər. Lakin etnik ermənilər bu proseduru sadələşdirilmiş qaydada keçirlər və mahiyyət etibarilə onlara qarşı heç bir tələb qoyulmur.
Bu kontekstdə məmur onu da qeyd edib ki, şəxs Ermənistan vətəndaşlığından imtina edib, 15 dəqiqə sonra yenidən vətəndaşlıq üçün müraciət edə bilər. Onun fikrincə, bu, düzgün deyil.
Öz növbəsində, Ermənistan DİN-in Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri vəzifəsini icra edən Nelli Davtyan bildirib ki, cari ilin birinci yarısında 13 086 nəfər vətəndaşlıq üçün müraciət edib, 16 770 nəfər isə vətəndaşlıq alıb. Onlardan 8 676 nəfəri Qarabağdan olan ermənilərdir. Davtyan qeyd edib ki, ötən ilin müvafiq dövründə Qarabağın 3 393 sakini vətəndaşlıq almışdı.
Məmur həmçinin bildirib ki, 914 nəfər vətəndaşlıqdan imtina üçün ərizə yazıb, ötən illərdə bu rəqəm təxminən 2 min olub. Bu il 2 495 nəfərin vətəndaşlığına xitam verilib, ötən il isə bu rəqəm 2 100 təşkil edib.
Almaz Həsənli
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb





























.jpg)


























