Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb.

Axar.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb.

Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və çay axınının azalmasını göstərib.

Məhəmməd Rza Kənani xəbərdarlıq edib ki, dəniz səviyyəsinin aşağı düşməsinin davam etməsi regionun sahil icmalarını, infrastrukturunu və unikal ekosistemlərini təhlükə altında qoyur. Xəzər dənizinə daxil olan suyun təxminən 75%-i çayların payına düşür, çay axınının təxminən 80%-ni isə Volqa təmin edir.

Çirklənmə də əlavə təhlükə yaradır: dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar xəbərdarlıq edirlər ki, dayazlaşma və çirklənmənin birgə təsiri artıq Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.14

2026.08.13

2026.08.12

2026.08.11

2026.08.10

2026.08.09

2026.08.08

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az