“Gürcüstan Dəmir Yolları” Tbilisi — Bakı marşrutu üzrə əlavə sərnişin reyslərinin təyin edilməsinə heç bir maneə görmür. Azerbaycanpolisi.az xəbər verir ki, şirkət bu barədə “Report”un Gürcüstan bürosunun sorğusuna cavab olaraq məlumat verib.
Qurumun məlumatına görə, Gürcüstan və Azərbaycanın dəmir yolu strukturları Tbilisi — Bakı və Bakı — Tbilisi istiqamətlərində əlavə qatarların təşkili üzərində birgə işləyirlər.
“Hazırda tərəflər arasında müvafiq iş prosesi gedir. Bizim tərəfdən əlavə reyslərin təyin edilməsi və qəbul olunmasına hər hansı maneə yoxdur”, — deyə şirkətdən bildirilib.
Əlavə qatarların hərəkətə başlayacağı dəqiq tarixlər əvvəlcədən açıqlanacaq.
Reyslərin sayının artırılmasına ehtiyac iki paytaxt arasında dəmir yolu nəqliyyatına tələbatın yüksək olması fonunda yaranıb. Son günlər sosial şəbəkələrdə istifadəçilər Tbilisi — Bakı qatarına bilet almaqda çətinlik çəkdiklərindən kütləvi şəkildə şikayət ediblər.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






