“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüblər.
Adıçəkilən qurumlar İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas data mərkəzinə yerləşdiriblər. “AzInTelecom” tərəfindən qurumlara Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim edilib. Bununla da qeyd edilən orqanlar kritik sistemlərin yüksək əlçatanlığına nail olublar.
Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təhlükəsiz və dayanıqlı İT infrastrukturuna, eləcə də 24/7 rejimində monitorinq xidmətinə nail olunur.
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC bulud xidmətləri sahəsində TIER III beynəlxalq standartları üzrə fəaliyyət göstərir.
Məlumatı azintelecom.az yayıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






