Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nömrə nişanlı yük avtomobillərinin Gürcüstanın sərhəd-keçid məntəqələrində üzləşdiyi ləngimələrlə bağlı respublikamızın bu ölkədəki səfirliyinin təqdim etdiyi diplomatik notaya münasibət bildirib.

Azerbaycanpolisi.az Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstan XİN-dən Aktual.ge portalının sorğusuna bildirilib ki, qeyd olunan məsələ müvafiq dövlət qurumlarının diqqətinə çatdırılıb və bununla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

“5 avqust tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Azərbaycan yük avtomobillərinin Gürcüstana daxil olması və ya ölkə ərazisində hərəkəti zamanı yaranmış ləngimələrlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət edib.

Qeyd olunan məlumat Gürcüstanın müvafiq qurumlarına çatdırılıb. Həmin qurumlar aşkar edilmiş pozuntularla bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri həyata keçirirlər”, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.

Xatırladaq ki, Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildiriblər.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.08.07

2026.08.06

2026.08.05

2026.08.04

2026.08.03

2026.08.02

2026.08.01

2026.07.31

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az