Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Qana mədəniyyəti festivalında yaranan izdiham nəticəsində 20-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.
Axar.az xəbər verir ki, bu barədə BBC London polisinə istinadən məlumat yayıb.
Hadisə avqustun axşam saatlarında şəhərin şimalındakı Barnet rayonunda təşkil olunan "Ghana Party in the Park" festivalında baş verib.
Məlumata görə, açıq havada keçirilən tədbirin giriş hissəsində yanğın baş verdiyi üçün əraziyə giriş müvəqqəti məhdudlaşdırılıb. Qapılar yenidən açıldıqdan sonra insanların kütləvi şəkildə içəri daxil olmağa çalışması basabasa səbəb olub.
Nəticədə 20-dən çox şəxs xəsarət alıb. Onlardan üçü xəstəxanaya çatdırılıb və həkimlər onların həyatına təhlükə olmadığını bildiriblər.
Təhlükəsizlik səbəbindən festival vaxtından əvvəl dayandırılıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






