"Azərbaycan Hava Yolları" (AZAL) yüksək sərnişin tələbatı səbəbindən Tbilisi və İstanbula uçuşların sayını artırıb.
Azerbaycanpolisi.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən "Report"a bildirilib.
Beləliklə, 4 avqust - 30 sentyabr tarixləri arasında Bakı-İstanbul marşrutu üzrə həftəlik uçuşların sayı 17-dən 21-ə, 2 avqust - 30 avqust tarixləri arasında isə Bakı-Tbilisi marşrutu üzrə həftəlik uçuşların sayı 42-dən 46-ya artırılıb.
Bu əlavə uçuşlar artan sərnişin tələbatını ödəyəcək və səyahətçilərə səfərlər planlaşdırarkən və rahat uçuş vaxtlarını seçərkən daha çox seçim imkanı verəcək.
AZAL müntəzəm olaraq sərnişin axınını təhlil edir və uçuş proqramını bazar ehtiyaclarına uyğun olaraq optimallaşdırmağa davam edir. Marşrut şəbəkəsinin inkişafı, təyyarə parkının modernləşdirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində aviaşirkət sərnişinlər üçün daha əlçatan və rahat səyahət şəraiti yaratmağa çalışır.
Aviabiletləri rəsmi www.azal.az saytında, AZAL mobil tətbiqi vasitəsilə, eləcə də aviaşirkətin satış ofislərində və akkreditə olunmuş agentliklərində əldə etmək olar.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






