Müqəddəs Taxt-tac davam edən elmi əməkdaşlıq çərçivəsində Vatikan Apostol Arxivlərində saxlanılan tarixi sənədlərin surətlərinin Azərbaycana köçürülməsi ehtimalını istisna etməyib.
Azerbaycanpolisi.az-ın məlumatına görə, bu barədə APA-ya verdiyi müsahibədə Müqəddəs Roma Kilsəsinin arxivçisi və kitabxanaçısı arxiyepiskop Covanni Çezare Paqazzi bildirib.
Papalarla Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai də daxil olmaqla, Azərbaycanın orta əsr hökmdarları arasında yazışmalara münasibət bildirən arxiyepiskop Vatikan arxivlərinin bütün bəşəriyyətin mülkiyyəti olduğunu vurğulayıb.
"Vatikan Apostol Arxivi və Vatikan Apostol Kitabxanası təkcə Kilsənin deyil, bütün dünyanın yaddaşıdır. Dövlət bu cür qurumları dəstəkləməklə həm də öz tarixi yaddaşına qayğı göstərir", - deyə o bildirib.
Paqazzi qeyd edib ki, gələcəkdə fərdi sənədlərin surətlərinin köçürülməsi nəzərdən keçirilə bilər.
Arxiyepiskop bildirib ki, "Mövcud elmi əməkdaşlıq çərçivəsində və Müqəddəs Taxt-Tacın mövcud qanunvericiliyinə tam uyğun olaraq, gələcəkdə fərdi sənədlərin surətlərinin təqdim edilməsi imkanı nəzərdən keçirilə bilər".
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






