Birləşmiş Krallıq yeni Britaniya elektron müharibə sistemi olan "Stone Cloak"ın əsasını təşkil edən əqli mülkiyyət hüquqlarından istifadəni Ukraynaya verəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Baş nazirinin ofisinin açıqlamasında bildirilib.
Ofisin məlumatına görə, qəbul edilən qərarla bağlı rəsmi açıqlama iyulun 27-də Vladimir Zelenskinin səfəri zamanı Britaniya dəniz bazasında elan ediləcək.
Qeyd olunur ki, "Stone Cloak"a hüquqların təhvil verilməsi "bu texnologiyanın sənaye miqyaslı istehsalına imkan verəcək". Elektron müharibə sistemi planşet kompüter ölçüsündədir və quraşdırıldığı dronların aşkarlanmasına mane olmaq üçün nəzərdə tutulub. Böyük Britaniya Müdafiə Nazirliyi artıq Ukrayna ordusuna minlərlə bu cihazı təhvil verib.
Daha əvvəl, TASS müxbiri ilə söhbətində Britaniya Parlamentinin Lordlar Palatasının (yuxarı palata) üzvü Riçard Balf bildirib ki, yeni Böyük Britaniya hökuməti Ukraynanı dəstəkləmək öhdəliyini davam etdirəcək.
Əziz Mustafa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə.jpg)








.jpg)
















.jpg)



















.jpg)






