Yeni seçilmiş Kolumbiya prezidenti Abelardo de la Espriella dövlət xərclərinin optimallaşdırılması proqramı çərçivəsində ölkəsinin Azərbaycandakı səfirliyini bağlamaq niyyətində olduğunu açıqlayıb.
Azerbaycanpolisi.az “Minval.az”a istinadla xəbər verir ki, dövlət başçısı bu qərarı vəzifəyə başladıqdan sonra yayımlanan televiziya çıxışında açıqlayıb.
Prezidentin sözlərinə görə, birinci mərhələ Azərbaycan, Əlcəzair, Barbados, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Rumıniya, Seneqal və Cənubi Afrikadakı diplomatik nümayəndəliklər də daxil olmaqla 14 səfirliyin bağlanmasını əhatə edir.
Abelardo de la Espriella vurğulayıb ki, əksər diplomatik nümayəndəliklərin bağlanması ikitərəfli münasibətlərin kəsilməsi demək deyil. O, həmçinin Kolumbiyanın Kuba və Nikaraqua ilə diplomatik münasibətlərə son qoymaq niyyətində olduğunu bildirib.
Prezident qənaətin təhlükəsizlik, səhiyyə, təhsil və infrastrukturun inkişafı proqramlarının maliyyələşdirilməsinə istifadə olunacağını bildirib.
Azerbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






