Çexiya Prezidenti Petr Pavel bu dəfə siyasi fəaliyyəti ilə deyil, qeyri-adi hobbisi ilə diqqət mərkəzinə düşüb.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı Macarıstanda keçirilən “Formula-1” üzrə Qran-pri yarışını izləmək üçün “Hunqarorinq” avtodromuna gedib. Lakin o, tribunada əyləşmək əvəzinə peşəkar fotoqraf kimi trasda fəaliyyət göstərib.
Məlumata görə, Petr Pavel yarışa peşəkar fotokamera avadanlığı və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi akkreditasiyası ilə qatılıb. Şənbə günü keçirilən yürüşlər zamanı o, bolidlərin mübarizəsini obyektivinə köçürüb. Çexiyalı “Formula-1” fotoqrafı İrji Krjenek də prezidenti müşayiət edib.
Bu, Petr Pavelin avtoidman yarışlarında fotoqraf kimi ilk təcrübəsi deyil. O, iyun ayında Fransada keçirilən məşhur “Le-Manın 24 saatı” yarışında da peşəkar fotoaparatla görüntülər çəkib.
NATO Hərbi Komitəsinin sabiq sədri uzun illərdir idman fotoqrafiyasına maraq göstərir. O, Çexiyada keçirilən “MotoGP” və “World Superbike” yarışlarını lentə alıb, həmçinin NASCAR yarışlarını izləmək üçün ABŞ-a, Dakar rallisini çəkmək məqsədilə isə Səudiyyə Ərəbistanına səfər edib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə









.jpg)
















.jpg)



















.jpg)






