Putinin köməkçisi Azərbaycana gəldi - FOTOLAR

Putinin köməkçisi Azərbaycana gəldi - FOTOLAR

İyulun 23-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanla Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29 sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP31-in sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.

Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə bağlı yaradılmış ikitərəfli İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəzər dənizinin su ehtiyatlarının və unikal ekosisteminin qorunmasının vacibliyi qeyd edilərək, bu istiqamətdə, o cümlədən kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.07.24

2026.07.23

2026.07.22

2026.07.21

2026.07.20

2026.07.19

2026.07.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az