Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilmiş, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.
"Nəticələrə əsasən, hazır yeməklərdən götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb. Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.
Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.
Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir", - məlumatda vurğulanıb.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü



















































.png)






