Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycana birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış edərək, Həkəri çayına ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.
Azerbaycanpolisi.az “Musavat.com”-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları bu gün yenidən hökumət binasının qarşısına toplaşıblar və hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt verdiklərini bildiriblər.
İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə bilərlər.
Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni statusa malik azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar.
"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", - deyə Qukasyan bildirib.
Azerbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü








































.png)















